Dr. Turan Məmmədova

Bakıda fəaliyyət göstərən təcrübəli həkim-kosmetoloq. Təbii gözəlliyin qayğısına qalan peşəkar.

Təcrübə, Bilik və Fərdi Yanaşma

Dr. Turan Məmmədova Bakıda fəaliyyət göstərən təcrübəli həkim-kosmetoloqdur. İnyeksiyon və aparat kosmetologiyası sahəsində geniş biliyə və praktik təcrübəyə malikdir.

Peşəmi sevirəm, çünki hər toxunuş insanlara xoşbəxtlik gətirir. Daim inkişaf edir, yenilikləri öyrənir və pasiyentlərimin parlaq gülüşünü görmək üçün çalışıram. Yalnız sertifikatlı və tam yoxlanılmış preparatlarla işləyirəm. Keyfiyyət, təhlükəsizlik və nəticə hər zaman ön plandadır.

Sertifikatlı Preparatlar

Fransa, İsveçrə, Koreya istehsalı keyfiyyətli dolğu materialları.

Fərdi Yanaşma

Hər pasiyentin dəri quruluşuna uyğun fərdi müalicə planı hazırlanır.

Təhlükəsizlik

Hər prosedurda gigiyena, sterillik standartlarına riayət olunur.

Beynəlxalq Təhsil

3 ölkədə (Azərbaycan, Türkiyə, beynəlxalq) ixtisaslaşma.

2018 – 2019
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
Dermatovenerologiya kafedrası. Dr. Sənan Kərimovun rəhbərliyi altında təhsil.
2018 – 2019
Azestetik Tədris Akademiyası
Dermatoloq Dr. Məhbubə Tahirovadan inyeksiyon kosmetologiya üzrə tam kurs.
2019 – 2020
Academy of Aesthetic–Alternative Medicine, İstanbul
Dr. Nejat Candan organik ip estetikası, dermal dolğu və mezoterapiya üzrə ixtisaslaşma.
Hal-hazırda
Həkim-Kosmetoloq, Ahu Clinic, Bakı
İnyeksiyon və aparat kosmetologiyası. Plurvel (İsveçrə), Reyoungel, Juvederm, Refinex preparatları ilə işləyir.

Diplomlar və Sertifikatlar

Dermatovenerologiya

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

İnyeksiyon Kosmetologiya

Azestetik Tədris Akademiyası

Estetik Tibb

Academy of Aesthetic Medicine, İstanbul

Plurvel İsveçrə Texnologiyası

Mütəxəssis Sertifikatı