Dəri baxımı, estetik prosedurlar və sağlamlıq haqqında faydalı məlumatlar. Dr. Turan Məmmədova tövsiyə edir.
Blog
Ən Son Yazılar
Dərinizin sağlamlığı haqqında bilməli olduğunuz hər şey.
Dəri Baxımı
Dəri Baxımı
Retinol Nədir və Necə İstifadə Olunur?
Retinol A vitamini törəməsidir. Qırışların azalması, piqment ləkələrin açılması və sızanaqlarla mübarizədə güclü aktiv maddədir.
Retinolun istifadə qaydası: Axşam saatlarında, təmiz və quru dəriyə nazik qat şəklində çəkin. Retinol dərini quruda bilər, buna görə üzərindən nəmləndirici krem çəkmək vacibdir. Retinol dərini günəşə qarşı həssas edir, gündüz SPF 50+ qoruyucu krem çəkmək mütləqdir. Həftədə 2-3 dəfə istifadə edərək dərinizin reaksiyasını yoxlayın, sonra tədricən artırın. AHA, BHA kimi turşularla birlikdə istifadə etmək dərini qıcıqlandıra bilər. Hamilələr və süd verən analar istifadə etməməlidir.
Prosedurlar
Prosedurlar
Dodaq Dolğusundan Sonra Nələrə Diqqət Etməli?
İlk 24 saat dodaqlara toxunmaq, siqaret çəkmək olmaz. 1 həftə sauna, hamam kimi isti mühitlərdən uzaq durmaq lazımdır.
Dodaq dolgusu tətbiqindən sonra ilk 24 saat nəticələrin keyfiyyətinə böyük təsir göstərir. Dodaqlara lazımsız təzyiq tətbiq etməmək vacibdir. Saman vasitəsilə içki içmək və öpüşmək kimi fəaliyyətlərdən uzaq durmaq tövsiyə olunur. Dodaq kirşanı çəkməyin. Həddən artıq isti və soyuq yerlərdən uzaq dayanmaq lazımdır. Əgər sərtlik hiss olunursa, gün ərzində yüngül masaj edə bilərsiniz. Prosedur lokal anesteziya ilə aparıldığı üçün hissetmə bərpa olunana qədər yemək-içmək olmaz. Dolğunun dodaq toxuması ilə tam inteqrasiyası üçün kifayət qədər vaxt lazımdır.
Dəri Baxımı
Dəri Baxımı
Yayda Dərinizə Necə Qulluq Etməli?
Günəş şüaları, isti hava dərinizin tıxanmasına, ləkələrin yaranmasına səbəb ola bilər. SPF 50+ qoruyucu krem mütləqdir.
Yay mövsümü yaxınlaşır və dəriniz artıq dəyişən hava şəraitinə hazır olmalıdır. Dərinin dərin təmizlənməsi lazımdır: məsamələri açın, nəfəs alsın. Ölü dəridən azad olun. Nəmləndirmə və qoruma vacibdir: quruluq və ləkələrin qarşısını alın. Bakıda hava çox quru, küləkli və tozludur. Ona görə Bakının iqlimində dəri 5-10 yaş daha tez qocalır. Güclü nəmləndiricilər və ləkə təmizləyicilər istifadə edin. Gündə iki dəfə, səhər və axşam nəmləndiricilərdən istifadə edin.
Yaşlanma
Yaşlanma
Kosmetoloji Prosedurlara Başlamaq Üçün Ən Uyğun Yaş
25 yaş ətrafı ideal başlanğıc yaşıdır. 35 yaşdan sonra kollagen istehsalı azalır, daha dərin müdaxilələrə ehtiyac yaranır.
Bu yaşda dərimiz hələ elastikdir, amma yüngül yaşlanma əlamətləri görünməyə başlayır. 25 yaşda nəmləndirici maskalar, pilinq və təmizləyici prosedurlar dərinin parlaq və təravətli olmasına dəstək verir. 35 yaşdan sonra kollagen istehsalı azalır və botoks, dolğu və lazer müalicələrinə ehtiyac yaranır. 40 yaşdan sonra bəzi insanlar cərrahi müdaxilələri düşünə bilər. Əfsanəvi Koko Şanel deyirdi: '20 yaşında üzünüz sizə təbiətin bəxşidir, 50 yaşında necə olacağı isə sizdən asılıdır.'
Prosedurlar
Prosedurlar
Mezoterapiya: Dəriyə Yenidən Həyat Verin
Mezoterapiya ilə vitaminlər, amin turşuları dəri altına yeridilir. Cavanlaşma, nəmləndirmə və ləkə müalicəsi.
Mezoterapiya ilk dəfə 1950-ci ildə Fransada tətbiq olunub. Çox kiçik dərman dozaları ilə problemli bölgələrə tətbiq olunur. İstifadə edilən dərmanlar: təbii bitki ekstraktları, homeopatik maddələr, vitaminlər, zülallar və minerallardır. Dərinin cavanlaşmasında, arıqlamada, selülit müalicəsində və saç tökülməsi problemlərində effektivdir. Tətbiq 2-4 həftəlik fasilələrlə həyata keçirilir. Hamilələr, diabet xəstələri, qan laxtalanması problemi olanlar mezoterapiyadan istifadə edə bilməz.
Dəri Baxımı
Dəri Baxımı
Qışda Dəri Baxımının Əhəmiyyəti
Soyuq havalarda dəri quruyur. Qidalandırıcı kremlər, nəmləndirici zərdablar və dodaq balzamı istifadə edin.
Soyuq havalar dəriyə mənfi təsir edir, dəri quruyub qabıq verir. Qışda qidalandırıcı kremlərdən istifadə etmək, havaya çıxmazdan bir saat öncə krem çəkmək mütləqdir. Dərini qurutduğu üçün toz pudradan istifadə etmək məsləhət deyil. Skrabları tez-tez istifadə etmək olmaz. Yağlı dəriyə sahib insanlar həftədə bir dəfə, quru dərililər iki həftədə bir dəfə istifadə edə bilərlər. Dodaqlara balzam və ya yağlı dodaq boyası istifadə olunmalıdır. Əllərə qidalandırıcı krem vurmaq zəruridir. Dərinizi nəmləndirmənin ən ideal zamanı payızdır.
Dəri Baxımı
Dəri Baxımı
Sağlam Dəri Üçün Qidalanma Tövsiyələri
Sağlam dəri üçün sağlam qidalanma lazımdır. Omeqa-3, C vitamini və antioksidantlar dərini gücləndirir.
Dərinizə sürtdüyünüz məhsullar qədər qəbul etdiyiniz qidalar da önəmlidir. Ən yaxşı dəri pəhrizi müxtəlif rəngli tərəvəz və meyvələrdən, dərini gücləndirən omeqa-3 yağ turşularından, kollageni artıran C vitamini və antioksidant A və E vitaminlərindən ibarətdir. Otlar və ədviyyatlar da antioksidantlarla zəngindir. Zərdəçal ən yaxşı antioksidantlardan biridir. Sağlam olmayan qidalardan (fast food-lardan) uzaq durun. Yuxu zamanı dəri dincəlir, orqanizmin bərpası və regenerasiyası başlayır.
Prosedurlar
Prosedurlar
Kollagen Haqqında Bilməli Olduğunuz Hər Şey
Kollagen dərimizin möhkəmliyi və elastikliyinə cavabdeh olan əsas proteindir. Yaşlandıqca istehsalı azalır.
Bədənin birləşdirici toxumasının 80%-ni təşkil edən kollagenin əsas vəzifəsi dəriyə möhkəmlik, elastiklik və davamlılıq verməkdir. Yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir. Dəri möhkəmlik və elastikliyini itirir, üst qatı nazikləşir, quruluq əmələ gəlir. Üzün aktiv mimikas kollagen tellərinin zədələnməsinə səbəb olur. Kollagen müalicəsi ilə cəmi 3 seansla cavanlaşma effekti əldə etmək olar. Əllər, üz, boyun, dekolte bölgəsinə tətbiq olunur.